10 
May
2023
12:35
375

Qanunsuz balıq ovu ilə bağlı 61 fakt aşkar edilib

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən 2023-cü il aprelin 1-dən 30-dək qanunsuz balıq ovu ilə bağlı 61 fakt aşkar edilib.

InterPress.ge xəbər verir ki, onlardan 3 halda cinayət tərkibi var və materiallar cavablandırılması üçün aidiyyəti qurumlara göndərilib.

Ən çox qeyri-qanuni balıq ovu faktı - 24-ü İmeretidə Qərb Regional Bölməsinin əməkdaşları tərəfindən aşkar edilib. Kaxetidə 14, Mtsxeta-Mtianetidə 8, Sameqrelo-Zemo Svanetidə 6, Kvemo Kartlidə 4, Quriyada 2, Şida Kartlidə 1, Samtsxe-Cavaxetidə 1 qayda pozuntusu qeydə alınıb. Həmçinin Qara Dəniz Konvensiyası Bölməsi əməkdaşları tərəfindən 1 hal aşkar edilib.

Brakonyerlər əksər hallarda qeyri-qanuni balıq ovu alətlərindən torlar, elektrik şoku cihazları və s. istifadə ediblər. 

Ətraf Mühitə Nəzarət Departamenti əhaliyə xəbərdarlıq edir ki, mayın 1-dən avqustun 31-dək kürütökmə dövründə qadağan olunmuş yerdə qadağan olunmuş vasitələrlə balıq ovu inzibati məsuliyyət əvəzinə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyaları nəzərdə tutur.

 

Bizimlə əlaqə saxlayın