10 
May
2023
10:52
230

Hamilə qadınlarla cinayət sövdələşməsinə girərək dövlətə məxsus pulu mənimsəyən şəxs saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dövlətə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə əldə etmək faktına görə 1 nəfər məsuliyyətə cəlb edilib. 

InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Qurumun məlumatına görə, cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2021-2022-ci illərdə əvvəlcədən hazırlanmış sxem üzrə analıq məzuniyyətində olan vətəndaşlara verilən pul yardımını dələduzluq yolu ilə əldə etmək məqsədilə hamilə qadınlarla cinayət sövdələşməsinə girib, sonradan saxta sənədlər hazırlayıb, guya müəssisələrdə işləyən 237 nəfərə dövlət büdcəsindən hamilə qadınlar üçün nəzərdə tutulmuş birdəfəlik  yardım verilib. Qeyd olunan məbləğ təqsirləndirilən şəxslərlə hamilə qadınlar arasında bölüşdürülüb.

Qeyd olunan cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 180-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər