Atası tərəfindən təcavüzə məruz qalan qıza qonşusu da təcavüz edib - DİN
Sameqrelo polisi azyaşlıya qarşı cinsi xarakterli hərəkətlər törətmək ittihamı ilə 2 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
1976-cı il təvəllüdlü P.K. azyaşlı ailə üzvünü qabaqcadan bilə-bilə zorlamaqda, 1995-ci il təvəllüdlü D.T. isə azyaşlıya təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.
Cinayətlər 15 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Araşdırma zamanı məlum olub ki, P.K. azyaşlı övladı ilə istəyinə zidd olaraq cinsi əlaqədə olub və faktı ictimailəşdirəcəyi təqdirdə, onu öldürməklə hədələyib. Azyaşlı atasının hədələrini real qəbul edib və bu səbəbdən hadisəni illərdir gizlədib. İstintaq həmçinin müəyyən edib ki, qonşu D.T. azyaşlı qızla sistemli şəkildə cinsi əlaqədə olub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “Q” bəndinə və 11-ci prima 137-ci maddəsinin 4-cü hissəsinin “Q” bəndinə əsasən aparılır.


