08 
May
2023
15:59
2950

İyunun 1-dən etibarən yüklərin əl ilə qaldırılması qaydaları dəyişir

Hökumət “Yüklərin əl ilə qaldırılması zamanı təhlükəsizlik və sağlamlığın mühafizəsinə dair minimum tələblər haqqında” texniki reqlamenti təsdiq edib.

InterPress.ge xəbər verir ki, qərar əl ilə yük daşıma zamanı işçilərin və digər şəxslərin təhlükəsizliyi və sağlamlığının mühafizəsinə dair minimum tələbləri müəyyən edir.

Sənədə əsasən, işəgötürən işçilər və iş yerindəki digər şəxslər tərəfindən yüklərin əl ilə qaldırılmasına ehtiyac yaranmaması üçün müvafiq təşkilati tədbirlər görməyə və ya müvafiq vasitələrdən, xüsusilə də mexaniki qurğulardan istifadə etməyə borcludur.

Yükün əl ilə qaldırılmasının qarşısını almaq mümkün olmadıqda, işəgötürən aşağıdakıları etməyə borcludur:

Yüklərin əl ilə qaldırılması ilə bağlı riskləri azaltmaq üçün müvafiq təşkilati tədbirlər görmək, müvafiq vasitələrdən istifadə etmək və ya işçiləri və iş yerindəki digər şəxsləri belə vasitələrlə təmin etmək;

İşin xüsusiyyətlərini nəzərə alaraq, mümkünsə, sağlamlıq və təhlükəsizlik şəraitini əvvəlcədən qiymətləndirmək və yükün xüsusiyyətlərini öyrənmək;

İşçilərin və iş yerindəki digər şəxslərin sağlamlığına (xüsusən də bel nahiyəsinə) zərər vurma riskinin qarşısının alınması və ya azaldılması üçün müvafiq tədbirlər görmək və bu məqsədlə iş mühitinin xüsusiyyətlərinə və işin xüsusiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görmək;

İş yerini elə təşkil etməlidir ki, yüklərin əl ilə qaldırılması işçinin və iş yerindəki digər şəxslərin sağlamlığı üçün mümkün qədər təhlükəsiz olsun.

Məlumat üçün bildirək ki, qərar 2023-cü il iyunun 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın