Çğaltubo-Xoni yolunda ağır yol qəzası ölümlə nəticələnib.
InterPress.ge xəbər verir ki, minik avtomobili ilə mikroavtobus toqquşub, nəticədə 7 nəfər xəsarət alıb.
Yaralılar Çxakaia adına Qərbi Gürcüstan Milli Müdaxilə Tibb Mərkəzinə yerləşdiriliblər. Təəssüf ki, xəsarət alanlardan biri dünyasını dəyişib.
