Bizimlə əlaqəHaqqımızda—
Ən son:
GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
TVCANLI

Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

645
Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO
Dinləmək üçün basın

May ayının 6-da Bolnisi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

May ayının 6-da Bolnisi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin sədri Rezo Həsənov tədbiri açaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edildiyini bildirib, bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu tədbir çərçivəsində, eyni zamanda, Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, "Soydaş" İctimai Birliyinin sədri Kamran Ramazanlının müəllifi olduğu "Heydər Əliyevin Enerji Strategiyası və Gürcüstan" kitabının təqdimatı keçirilir.

Sonra Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov, Azərbaycan səfirliyinin müşaviri Sərxan İsmayılov, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, və başqaları çıxış edərək dünyaşöhrətli siyasi xadim, unudulmaz şəxsiyyət Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında, eləcə də regionun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Bildirilib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Qeyd olunub ki, Ulu Öndərin neft strategiyası Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin qarantıdır. Çıxışlarda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin, Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan və gürcü dillərində nəşr olunan kitabda Ulu öndər Heydər Əliyevin enerji strategiyasının mahiyyəti, "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti enerji strategiyasının yeni mərhələsində Azərbaycan-Gürcüstan münasibətləri və s. məsələlər geniş araşdırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirSon xəbərlərə bax →