DİN 1241 nəfəri narkomaniyaya görə yoxlanışdan keçirib
2023-cü ilin ilk üç ayının məlumatına görə, Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən ölkə üzrə 1241 nəfər narkomaniyaya görə yoxlanışdan keçirilib, onlardan 928 nəfərin narkoman olması təsdiqlənib.
InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin saytında dərc olunan ictimai məlumatda qeyd olunub.
Bildirilib ki, 2023-cü ilin birinci rübündə narkomaniya üzrə yoxlanışdan keçən şəxslər arasında yetkinlik yaşına çatmayan yoxdur, 32 nəfər isə qadın olub.
Sənədə əsasən, yanvar-mart aylarında Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən 25-44 yaş kateqoriyası üzrə 754 kişi yoxlanılıb, onlardan 574 nəfərin narkotik aludəçisi olduğu təsdiqlənib. Qadınların yoxlanılmasının nəticələrinə gəlincə, rəsmi məlumata görə, 32 qadından 13-nün narkotik testinin nəticəsi müsbət olub.
Bundan əlavə, Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, ən çox Tbilisi və Sameqrelo bölgələrində narkotik maddələrin təsirinə görə yoxlanış aparılıb.
2022-ci ilin məlumatlarına gəlincə, sənədə əsasən, Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən ölkə üzrə 5052 nəfər narkomaniyaya görə yoxlanışdan keçirilib, onlardan 3631 nəfərin narkotik aludəçisi olduğu təsdiqlənib.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, 2021-ci il ərzində ölkə üzrə ümumilikdə 4225 nəfər yoxlanışdan keçib, 2689 nəfərin narkotik aludəçisi olduğu aşkarlanıb. Yoxlanışdan keçən 71 qadından 17 qadında narkotika aludəçiliyi müəyyən edilib. Yetkinlik yaşına çatmayanlara gəlincə, 2021-ci il ərzində ölkə üzrə ümumilikdə 30 yetkinlik yaşına çatmayan şəxs yoxlanılıb, onlardan 28-i oğlan, 2-si qız olub, onlardan 19-nun narkotik aludəçisi olduğu müəyyən edilib, 17-si oğlan, 2-si qız.


