07 
May
2023
14:10
400

Bu cərimələrin artırılması planlaşdırılır

Ev heyvanını gəzdirmə qaydalarını pozduğuna görə sahibinin cəriməsi artırıla bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Heyvanların Monitorinqi Agentliyinin direktoru Qiorqi Kobiaşvili məlumat verib.

Onun sözlərinə görə, qanunverici orqan sözügedən yeniliklə bağlı iş aparır və hazırda cərimənin məbləği 20 lari müəyyən edilib.

 “Heyvan qeydiyyata alınmalıdır, sahibi heyvanı sterilizasiya və kastrasiya etməyə borcludur. Heç olmasa, minimum miqdarda yemək verməlidir, gəzinti qaydalarına riayət etməsi lazımdır. Xüsusilə, saat 19:00-dan 23:00-a qədər heyvanı çıxararkən mütləq bağlardan istifadə etməlisiniz.

Bunlar sahibin riayət etməli olduğu minimum qaydalardır. Gəzinti qaydaları var, onu pozduqda sahibi 20 lari cərimələnir. Bildiyimə görə, bu cərimənin artırılması nəzərdə tutulur. Hansı ki, mən də dəstəkləyirəm. Hesab edirəm ki, bu gün bu istiqamətdə böyük problem var. İtləri gəzdirmək üçün nəzərdə tutulan xüsusi yerlər boşdur və itlər bağsız buraxılır”, - Qiorqi Kobiaşvili “Mtavari” media mərkəzində qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər