InterPress.ge xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulma hadisəsi Tbilisi vaxtı ilə saat 19:14:08-də başlayıb və saat 23:31:40-da sona çatacaq.
Tutulmanın maksimumu 21:22:55-də olacaq.
Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Gürcüstanda19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
Qeyd edək ki, ikinci Ay tutulması isə oktyabrın 28-də baş verəcək.
