
Polis Mübarizin fotosunu sökmək istədi, dava düşdü – VİDEO
Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhis Ömər Halisdəmir və Azərbaycanın milli qəhramanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.
InterPress.ge Türkiyə KİV-nə istinadən xəbər verir ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.
M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.
Daha sonra Ardahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat verib. Danışıqlardan sonra polisi M.Ərdəmin keçməsinə icazə verib.