“Kazbeqi” gömrük-keçid məntəqəsində yüngül avtomobillər üçün çıxışlar müvəqqəti dayandırılacaq
Mayın 5-dən etibarən bir ay müddətində “Kazbeqi” gömrük keçid məntəqəsində aparılan tikinti/bərpa (yüngül avtonəqliyyat vasitələri üçün yeni çıxışların təşkili məqsədilə) işləri ilə əlaqədar olaraq yüngül avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş mövcud çıxışların fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
“Məlumat veririk ki, yüngül avtonəqliyyat vasitələrinin hərəkəti müəyyən ləngimə ilə yük avtomobilləri üçün nəzərdə tutulmuş ehtiyat çıxışlar vasitəsilə müvəqqəti olaraq hərəkət həyata keçiriləcək.
Burada nəzərinizə çatdırırıq ki, sərnişinlər üçün sərhəd-keçid prosedurları 24 saat ərzində həyata keçiriləcək.
Bərpa işləri başa çatan kimi “Kazbeqi” gömrük-keçid məntəqəsi həmişəki kimi tam gücü ilə fəaliyyət göstərəcək. Müvafiq olaraq, sərnişinlərin/yüngül avtomobillərin və yüklərin daşınması rahat həyata keçiriləcək”, - deyə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında bildirilib.


