Avropa İttifaqı Gürcüstana 30 milyon avro ayıracaq
Avropa İttifaqı Gürcüstanın müdafiə sektoruna dəstək üçün 30 milyon avro ayıracaq.
InterPress.ge xəbər verir ki, Avropa İttifaqı Şurasının bəyanatına görə, Moldova Silahlı Qüvvələrinə və Gürcüstanın Müdafiə Qüvvələrinə dəstək məqsədilə bu gün Avropa Sülh Fondu (APF) çərçivəsində iki yardım paketi qəbul edilib.
Üərar iki ölkənin müdafiə sektorunda milli təhlükəsizliyin, sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə qəbul edilib.
Gürcüstan üçün təsdiq edilmiş 30 milyon avroluq yardım paketi 36 aylıq dövrü əhatə edir və texniki təlimlər də daxil olmaqla qeyri-öldürücü avadanlıq, təchizat və xidmətləri maliyyələşdirəcək.
Təsdiq edilmiş avadanlıqlara mühəndislik, komanda və idarəetmə, tibbi, logistika və kibermüdafiə avadanlıqları daxildir.


