2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdıran Donald Tramp iddia edir ki, o, qalib gəlsə, Ukraynadakı müharibəni 24 saata bitirə bilər.
InterPress.ge xəbər verir ki, o, bu barədə GB News-a müsahibəsində qeyd edib.
"Prezident olsam, bu müharibəni bitirərdim və bu, 24 saat çəkərdi. Mən Zelenskini yaxşı tanıyıram. Putini yaxşı tanıyıram. Həmin vaxtda bitirə bilərəm... 100%", - Tramp bildirib.
Donald Tramp mart ayında da oxşar bəyanatla çıxış etmişdi.
