Polis qohumunu dəyənək və elektrik cərəyanı ilə vuraraq öldürən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları, 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.B.-ni qohumu qadını qəsdən öldürməkdə ittiham edərək saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il aprelin 29-da Tbilisidə öz evində qohumu - 1986-cı il təvəllüdlü M.B.-yə qısqanclıq zəminində fiziki zorakılıq edib.
Təqsirləndirilən şəxs dəyənəklə və elektrik cərəyanı ilə gənc qadının bədəninə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, nəticədə o, yerindəcə ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat- istintaq tədbirləri nəticəsində təqsirləndirilən T.B. isti izlərlə saxlanılıb.
Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


