03 
May
2023
16:14
1906

Riko Kredit cərimələndi

Gürcüstan Milli Bankı "Riko Ekspress" mikromaliyyə təşkilatını çirkli pulların yuyulması və müxtəlif maliyyə nəzarəti tələblərinin pozulmasına görə ümumilikdə 70 min lari məbləğində cərimələyib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı bildirib.

“Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə tətbiq edilən proqram təminatı (elektron) sisteminin problemlə işləməsi ilə əlaqədar - 20 000 lari məbləğində.

Mikromaliyyə təşkilatı tərəfindən yoxlama müddəti başa çatana qədər müfəttişlər qrupuna məlumat/sənədlərin təqdim edilməməsi ilə bağlı 1 (bir) fakta görə - 5 000 lari məbləğində.

13 (on üç) müştəriyə münasibətdə mikromaliyyə təşkilatı tərəfindən əmlakın mənşəyi qanunvericiliyə uyğun olaraq araşdırılmamış, hər bir pozuntuya görə 3000 lari məbləğində cərimə edildi. Cəmi 39.000 (otuz doqquz min) lari.

Mikromaliyyə təşkilatı tərəfindən müfəttişlər qrupuna məlumatın gec və düzgün təqdim edilməməsi ilə bağlı 2 (iki) fakta görə - 4 000 (dörd min) lari məbləğində.

Gürcüstan Milli Bankının prezidentinin 31 may 2016-cı il tarixli 61/04 nömrəli “Qeyri-qanuni gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinə nəzarət üzrə hesabatın doldurulması və təqdim edilməsinin təsdiqi haqqında” əmrində nəzərdə tutulmuş hesabatlarda Gürcüstan Milli Bankına 2 (iki) yanlış məlumatın təqdim edilməsinə görə - 2000 lari məbləğində.

Mikromaliyyə təşkilatı 70 000 (yetmiş min) lari məbləğində cərimə edildi”, - Milli Bankın məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər