03 
May
2023
15:39
273

“Sarp”da külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar edilib

2-30 aprel tarixlərində “Sarp” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş siqaretin ölkə sərhədindən qanunsuz keçirilməsinə cəhd faktlarının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Məlumata görə, müxtəlif ölkə vətəndaşlarının həm fiziki yoxlanılması, həm də onlara məxsus çanta və nəqliyyat vasitələrinə baxış nəticəsində gömrükçülər ümumilikdə 42 480 ədəd bəyan edilməmiş siqaret aşkar ediblər.

“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, qanunu pozan vətəndaşlardan sanksiya kimi mallar müsadirə edilib və hər biri 1000 lari məbləğində cərimə edilib, Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanunu pozan 5 vətəndaşdan sanksiya qaydasında mallar müsadirə edilib və hərəkət təkrar olunduğu üçün onların hər biri 3000 lari məbləğində cərimə edilib”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər