03 
May
2023
15:16
399

Gürcüstanın hər altı vətəndaşından biri mühacirət etməyi düşünür

Gürcüstanın hər altı vətəndaşından biri mühacirət etmək haqqında düşünür.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) yeni araşdırmasında deyilir.

“Yaxın 12 ay ərzində xaricə işləməyə getməyiniz nə qədər gözlənilir və ya gözlənilmir” sualına 15% cavab verib ki, bu gözlənilir, 82% gözlənilmədiyini, 3% isə sualın cavabını bilmədiyini qeyd edib.

Araşdırmalara görə, gənc vətəndaşlar və kişilər arasında ölkəni tərk etmək istəyi nisbətən yüksəkdir.

Araşdırmada qeyd olunub ki, demək olar ki, hər altı vətəndaşdan birinin ailə üzvü xaricdə yaşayır və ona müntəzəm pul göndərir.

Məlumat üçün bildirək ki, sorğu 17-23 mart 2023-cü il tarixlərində telefon sorğusu üsulu ilə aparılıb. Araşdırmaya 1032 tamamlanmış müsahibə daxildir (cavab nisbəti 14%). Orta xəta nisbəti +/- 2% təşkil edir.

NDI araşdırması Böyük Britaniya hökumətinin UK aid yardımı ilə dəstəklənir. Araşdırma CRRC Georgia tərəfindən aparılıb.

Bizimlə əlaqə saxlayın