Qarşıdakı günlərdə hava necə olacaq?
Sabahdan etibarən Gürcüstanın bütün ərazisində hava açılacaq və temperatur yüksələcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
"Sabahdan Gürcüstanın həm qərbində, həm də şərqində hava açılacaq, mayın 6-dək isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu yüksələcək və Gürcüstanın qərb və şərqində +18, +23, Tbilisidə isə +22, +24 dərəcə isti olacaq. Mayın 7-dən etibarən yenidən qeyri-sabit hava şəraiti gözlənilir”, - deyə bildiriblər.
Onların məlumatına görə, may ayının bəzi günlərində havanın temperaturu kəskin enə, eyni zamanda +30, +34 dərəcəyə qədər yüksələ bilər:
"Gürcüstanın qərbində may ayında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksək olacaq. Bəzi günlərdə havanın temperaturu +11, +8 dərəcəyə qədər düşə bilər. Həmçinin +31, +34 dərəcəyə qədər yüksələ bilər. Yağıntının miqdarı iqlim normasından çox və ona yaxın olacaq. Şərqi Gürcüstanda may ayında havanın temperaturu illik orta göstəricidən 1-2 dərəcə yüksək olacaq. Bəzi günlərdə +11, +8 dərəcəyə qədər enə, ya da +30, +33 dərəcəyə qədər yüksələ bilər”, - deyə qeyd olunub.


