03 
May
2023
11:21
391

Xəstə at əti satan 3 nəfər saxlanıldı

İstintaq Xidməti 3 nəfəri saxlayıb, onlardan biri xəstə at əti almaq, ikincisi hazırlamaq, üçüncüsü isə ticarət obyektində satmaqda ittiham olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların hazırlanması və satışı, istehlakçıları aldatma faktlarına görə üç nəfəri məsuliyyətə cəlb ediblər.

İstintaq müəyyən edib ki, təqsirləndirilən E.J. fiziki şəxslərdən insan həyatı və sağlamlığı üçün təhlükəli olan xəstə at əti alıb, qanunvericilikdə nəzərdə tutulmuş məcburi baytarlıq-sanitariya prosedurlarına məhəl qoymayaraq, Tbilisidə faktiki fəaliyyət yerində saxlayıb. Daha sonra o, at ətini təqsirləndirilən D.C.-yə verib. D.C. isə təqsirləndirilən D.M-ə verib. D.M. qanunla müəyyən edilmiş qaydaları pozub, xəstə at ətini Tbilisidəki ticarət obyektinə mal ətindən hazırlanmış məhsul kimi satıb”, - deyə bildirilib.

Məlumata görə, satış üçün nəzərdə tutulmuş külli miqdarda at əti təqsirləndirilən şəxslərin ticarət obyektlərindən və fəaliyyət yerlərindən götürülüb.

Bizimlə əlaqə saxlayın