02 
May
2023
10:40
270

Dubaydan Batumiyə birbaşa uçuşların artırılması planlaşdırılır

Acarıstan hökumətinin sədri Tornike Rijvadze FLY DUBAI və Flynas şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, görüş çərçivəsində Batumi-Dubay istiqamətində uçuşların əlavə edilməsi və birbaşa uçuşların təşkili imkanları müzakirə olunub.

Məlumata görə, aviaşirkətlər uçuşların tezliyini artırmağa və tədricən qeyri-dəniz turizm mövsümündə əlavə uçuşlar planlaşdırmağa hazır olduqlarını bildiriblər. 2023-cü ilin yayında Flynas Batumi-Dubay reyslərini yerinə yetirəcək, iyunun 25-dən etibarən FLY DUBAI reysləri əlavə olunacaq.

 Görüşdə turizm, energetika, nəqliyyat sahələrində böyük potensialdan tam istifadənin vacibliyi vurğulanıb ki, buna reyslərin əlavə edilməsi də mühüm töhfə verəcək.

İclasda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili, Milli Turizm Administrasiyasının və Acarıstan Turizm Departamentinin rəhbərləri iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın