Gürcüstanda hava yenidən pisləşib.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda sərin hava mayın 4-dək davam edəcək.
Sabah Şərqi Gürcüstanda güclü şimal-qərb küləyi əsəcək.
Mayın 3-dək bütün Gürcüstan ərazisində temperatur aşağı olacaq, az yağış yağacaq. Mayın 3-dək Qərbi Gürcüstanda 12-7, Şərqi Gürcüstanda isə 13-18 dərəcə isti olacaq.
Paytaxta gəlincə, Tbilisidə külək əsəcək. Havanın temperatur gecə 9, gündüz 18 dərəcə isti olacaq.
Mayın 4-dək paytaxtda sərin hava şəraiti davam edəcək.
