01 
May
2023
11:21
330

DTX radioaktiv maddəni satmağa cəhd edən şəxsi saxladı

Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat idarəsinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq radioaktiv maddənin satışına cəhd faktı üzrə 1 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Poti şəhərində radioaktiv materialı 2 milyon ABŞ dolları müqabilində satmağı planlaşdırıb.

 “Rentgenoloji ekspertizanın rəyinə əsasən, ekspertizaya təqdim edilən və axtarış zamanı çıxarılan kütlənin tərkibində uran radioaktiv maddəsi var və nüvə materialları kateqoriyasına aiddir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi ilə aparılır və 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsi tərəfindən aparılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın