01 
May
2023
10:13
316

Gürcüstanda neçə nəfər sığınacaq axtaran şəxs kimi qeydiyyatdan keçib?

Cari ilin birinci rübünün (yanvar, fevral, mart) məlumatına görə, Gürcüstanda 291 nəfər sığınacaq axtaran şəxs kimi qeydiyyatdadır ki, onlardan da ən çoxu - 68 nəfər Ukrayna vətəndaşıdır.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin statistik məlumatında öz əksini tapıb.

Məlumata görə, sığınacaq axtaranların 49-u İran, 29-u Türkiyə, 24-ü Rusiya, 11-i Hindistan, 10-u naməlum vətəndaş, 6-sı Əfqanıstan vətəndaşıdır.

Humanitar statusun verilməsinə gəlincə, qeyd olunan üç ayda 47 xarici ölkə vətəndaşı bu statusu alıb ki, onların da əksəriyyəti - 39-u Ukrayna, 3-ü Qazaxıstan, 5-i isə naməlum vətəndaşdır.

Qaçqın statusu 2 xarici ölkə vətəndaşına, o cümlədən 1 Rusiya vətəndaşına, 1 naməlum vətəndaşa verilib.

Daxili İşlər Nazirliyinin statistik məlumatına görə, qeyd olunan dövrdə 153 xarici ölkə vətəndaşına status verilməkdən imtina edilib. Onların əksəriyyəti - 48 nəfər İran vətəndaşıdır; 21 Türkiyə; 16 Myanma; 9 Rusiya; 7 Nigeriya; 2 Ukrayna.

3 ayda 55 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. Onların arasında: 13 Azərbaycan vətəndaşı; 10 Hindistan; 8 İran; 7 Banqladeş; 3 Misir; 1 Rusiya vətəndaşı var.

Həmin dövrdə müvəqqəti yerləşdirmə mərkəzində 38 xarici ölkə vətəndaşı yerləşdirilib; Bunlardan 27-i Azərbaycan, 3-ü Hindistan; 2-i Türkiyə vətəndaşıdır.

Bizimlə əlaqə saxlayın