Respublika meydanında “Öncə Gürcüstan” adlı aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiya “Naməlum” hərəkatının təşkilatçılığı ilə baş tutub.
İştirakçıların toplanmasında məqsəd ölkənin sülh siyasətinə dəstək verməkdir.
Mitinq iştirakçıları aksiyanın təşkil olunduğu əraziyə Gürcüstanın bayrağını gətiriblər.
Respublika meydanında xüsusi tərtibatlı səhnə və monitor quraşdırılıb. Etiraz səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hazırda aksiyanın təşkilatçıları əraziyə toplaşan insanlara müraciət edirlər.
