30 
Apr
2023
14:30
297

ABŞ-ın Avropa Komandanlığı: "Gürcüstan Müdafiə Qüvvələrinin demokratik dəyərlərin qorunmasına sadiqliyini və töhfəsini alqışlayırıq"

Bu gün Gürcüstan Silahlı Qüvvələri Günü qeyd olunur.

InterPress.ge xəbər verir ki ABŞ-ın Avropa Komandanlığı rəsmi Twitter səhifəsində bununla bağlı bəyanat yayıb.

 "Biz Gürcüstan Müdafiə Qüvvələrinin demokratik dəyərlərin qorunmasına sadiqliyini və töhfəsini alqışlayırıq", - deyə bildirilib.

Məlumat üçün bildirək ki, Gürcüstan Müdafiə Qüvvələrinin 32 yaşı var. Yubileylə əlaqədar 4-cü piyada briqadasının Vazianidəki poliqonunda təntənəli tədbir keçirilir.

Bizimlə əlaqə saxlayın