30 
Apr
2023
14:14
270

Rus işğalçı qüvvələri Gürcüstan vətəndaşlarını saxlayıblar

Aprelin 30-da Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dvani kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayıb.

DTX-nin məlumatına görə, sözügedən hadisə ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirib.

“Beynəlxalq tərəfdaşlar və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrləri insidentlə bağlı dərhal məlumatlandırılıblar.

Qeyri-qanuni saxlanılan şəxslərin qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

 Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - deyə bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər