29 
Apr
2023
23:39
422

İrakli Kobaxidze: "Gürcüstanın Aİ-yə namizəd statusu almaq 50/50-dir"

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze dekabrda Gürcüstanın Aİ-yə namizəd statusu almaq şansını 50/50 səviyyəsində qiymətləndirir və bunun siyasi qərar olduğunu bildirir.

InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə hakim partiyanın ofisində keçirdiyi brifinqdə danışıb.

 Onun eyd etdiyinə görə, əgər namizəd statusu ilə bağlı qərar faktlara və sübutlara əsaslansa, Gürcüstanın namizədinin statusuna 100% təminat veriləcək.

“Bu, sırf siyasi qərar olduğuna görə şanslar 50/50-dir. Müəyyən sübutlara, faktlara əsaslanan texniki qərar olsaydı, bu halda namizəd statusu alacağımıza 100 faiz zəmanətimiz olardı. Ancaq bu, siyasi qərardır, ona görə də şanslar 50/50-dir. Bütün bunlar bir çox amillərdən, o cümlədən regiondakı vəziyyətdən, Ukraynadakı vəziyyətdən asılı olacaq. Dekabr ayına qədər görək vəziyyət necə olacaq və yəqin ki, Avropa Şurası da buna əsaslanaraq qərar verəcək”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər