28 
Apr
2023
11:54
304

Gürcüstanda serjant özünü asaraq intihar edib

Müdafiə Qüvvələrinin Şərq Komandanlığının serjantı ölü tapılıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın Müdafiə Nazirliyi bəyanat yayıb.

“Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti intihar faktı ilə bağlı Cinayət Qanununun 115-ci maddəsinin 1-ci hissəsi ilə araşdırmaya başlayıb. Müdafiə Qüvvələrinin Şərq Komandanlığının serjantı Mamuka Meladze (1978-ci il təvəllüdlü) gecə saatlarında özünü asaraq öldürüb.

İş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib, istintaq tədbirləri davam etdirilir. İstintaqın ilkin məlumatına görə, intiharın ailə münaqişəsi ilə bağlı olması ehtimal edilir.

 Müdafiə Nazirliyi qeyd olunan faktla bağlı dərin hüznlə kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər