28 
Apr
2023
09:52
354

25 yaşlı gənc dəm qazından zəhərlənərək öldü

Rustavidə gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

InterPress.ge xəbər verir ki, hadisə VII mikrorayonda baş verib.

Mövcud məlumata görə, gənc ailə üzvlərinin zənglərinə cavab verməyib, bundan sonra xilasedicilər ünvana cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olan zaman gənci ölü tapıblar.

Hadisə yerinə kriminal polis və təcili tibbi yardım briqadaları səfərbər edilib.

Əldə olan məlumata görə, ərazidə Sokarq Qazın əməkdaşları da olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər