27 
Apr
2023
16:08
375

Tbilisidə qətl hadisəsinə görə iki nəfər saxlanıldı

Tbilisidə qətl hadisəsinə iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il aprelin 22-də Tbilisidə kirayədə yaşadığı mənzildə qarşılıqlı mübahisə zəminində sərxoş vəziyyətdə 1989-cu il təvəllüdlü Z.E.-yə soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Z.E. aldığı xəsarətlər nəticəsində xəstəxanaya aparılmazdan əvvəl ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən D.T. isti izlərlə saxlanılıb.

İstintaq zamanı N.Z.-nin qətlin şahidi olduğu müəyyən edilib, lakin cinayət barədə polisə məlumat verməyib.

Cinayətin silahı - bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və 376-cı maddəsinin 2-ci hissəsi, qəsdən adam öldürmə və xüsusilə ağır cinayət haqqında məlumat verməmə ilə aparılır”, - məlumatda deyilir.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın