27 
Apr
2023
11:35
244

Tbilisidə bələdiyyə nəqliyyatında biletsiz səyahətə görə, 150 mindən artıq cərimə yazılıb

2022-ci il fevralın 1-dən 24 aprel 2023-cü il tarixinədək bələdiyyə nəqliyyatının hər üç növündə: metro, mikroavtobus və avtobusda biletsiz hərəkətə görə ümumilikdə 155 556 cərimə tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Nəqliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, tətbiq edilən cərimələrin məbləği 3 111 120 laridir.

Rəsmi məlumata görə, 2022-ci ildə 105 692, 2023-cü ilin 4 ayında 49 864 cərimə yazılıb.

2022-ci ildə 64 850 cərimə avtobusla biletsiz getməyə, 10 650 cərimə isə metrodan biletsiz istifadəyə görə tətbiq edilib. İl ərzində mikroavtobusla gediş-gəliş zamanı 30192 cərimə yazılıb.

2023-cü ilə gəlincə, məlumata görə, bu halda 25 144 cərimə avtobusla biletsiz getməyə, 867 cərimə isə metro ilə getməyə görə verilib.

Mikroavtobusla biletsiz getməyə görə 23 853 cərimə yazılıb.

Məlumat üçün bildirək ki, Tbilisidə bələdiyyə nəqliyyatı ilə biletsiz getməyə görə 20 lari cərimə tətbiq edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər