26 
Apr
2023
15:00
195

Zelenski: “Ukraynada 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb”

Ukraynanın müxtəlif bölgələrində ümumilikdə 60-dan çox muzey və qalereya Rusiya hərbçiləri tərəfindən dağıdılıb və ya zədələnib.

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Təcavüzkar məğlub olana qədər heç kim heç yerdə özünü təhlükəsiz hiss edə bilməz. Bunu Ukraynada hər gün Rusiya qoşunlarının və işğalçının xüsusi xidmət orqanlarının torpaqlarımızda xalqımıza qarşı etdiklərini sübut edir. Başqa xalqların torpaqlarına gətirmək arzusunda olduqları da budur”, - Zelenski deyib.

“Gün ərzində Rusiyanın adi mülki binaları S-300 raketləri ilə atəşə tutmasından sonra Xarkov vilayətinin Kupyansk şəhərində dağıntıların təmizlənməsi davam etdirilib. Terrorçular tarix-diyarşünaslıq muzeyini və yaxınlıqdakı evləri hədəfə alıblar. Rusiya bu zərbə ilə iki qadını öldürüb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - dövlət başçısı qeyd edib.

 

Bizimlə əlaqə saxlayın