26 
Apr
2023
14:28
783

Tbilisidə Alyans Gənclər Mərkəzində pulsuz kurslara qeydiyyat başladı

Tbilisidə Alyans Gənclər Mərkəzində pulsuz kurslara qeydiyyat başlayıb

InterPress.ge xəbər verir ki, sadalanan fənnlər üzrə kurslara qeydiyyata başlanılıb:

▪️Gürcü dili

▪️İngilis dili

▪️Alman dili

▪️Azərbaycan dili

▪️Tarix 

▪️Rəsm

Dərslər dörd ay müddətində həftədə üç dəfə, bir saat keçirilir. Dərslər qrup (10-15 nəfər) şəklində əyani keçirilir. Davamiyyətə riayət edən və imtahanları yüksək nəticə ilə keçən tələbələr sertifikatla təmin olunacaq. Kurslar ödənişsizdir. Kurslar iki qrupdan ibarətdir: Şagirdlər ( 8-18 yaş )

Tələbələr ( 19 yaşdan yuxarı)

Dərslər may ayının 10 - dan etibarən başlayacaq.

Aşağıda qeyd edilən əlaqə nömrəsinə seçdiyiniz kursu və şəxsiyyətinizi təsdiq edən hər hansı sənədin surətini ( foto) ismarıc bölməsinə yollayın.

Əlaqə: +995 574 757 577 (WhatsApp)

Ünvan: Tbilisi şəhəri ,Saburtalo rayonu, Kazbeki prospekti 44 . Biznes mərkəzi,6 - cı mərtəbə.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər