Gürcüstan Prokurorluğu nənəsinə zorakılıq edən şəxs barəsində qərar çıxardı
Gürcüstan Prokurorluğu bir nəfəri ailə üzvünə qarşı cinsi xarakterli hərəkətlər və qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə ittiham edib.
InterPress.ge xəbər verir ki, prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs fiziki zorakılıq və zorakılıq tətbiq etməklə hədələməklə nənəsinə qarşı sistemli şəkildə cinsi xarakterli digər hərəkətlər edib. Cinayəti ört-basdır etmək üçün zərərçəkəni iradəsinə zidd olaraq, onu öldürməklə hədələyib və yataq otağına kilidləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsi aprelin 22-də saxlayıb. O, 7 ildən 10 ilədək azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin psixi sağlamlığının qiymətləndirilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Cinayət işi üzrə istintaq davam edir.


