Telavidə baş verən hadisə ilə bağlı qadının qonşusu danışdı: "Evə getmək istəmirdi, qorxurdu"
Telavi bələdiyyəsinin kəndlərindən birində 26 yaşlarında oğlan 77 yaşlı nənəsinə cinsi təcavüz edib.
InterPress.ge-nin məlumatına görə, nəvə gecələr qapını kilidləyib, səhər açırmış.
Qadın deyib ki, nəvəsi ona sərxoş vəziyyətdə olarkən təcavüz edib. Qadının qonşusuna bu barədə danışmasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən xəbər tutublar. Qonşunun sözlərinə görə, bu, 26 yaşlı nəvə tərəfindən nənəyə edilən cinsi zorakılıq olub. Fakt 1 ilə yaxın davam edib və qadın bu barədə heç kimə danışmayıb. Qonşu deyib ki, o, qadının Rusiyada yaşayan övladı ilə bu barədə danışmağa məcbur olub. O, həmçinin iddia edir ki, qadının bədənində hələ də zorakılıq izləri var.
"Bu qadın mənim yanımda idi, evə getmək istəmirdi, evə gedə bilmirdi, qorxurdu ki, ona zorakılıq ediləcək. O, öz oğlunu gözləyirdi, evə onunla getmək istəyirdi. Bütün bunları mənə dedi. Oğluna zəng edib dedim ki, gəlib diqqət yetirsin. Evə getmək istəmirəm deyirdi, oğlu da onu bir neçə dəfə çarpayıdan atmışdı. Oğlu 2 aydır gəlib, Tbilisidə idi. Bu uşağı o böyüdüb”, – qonşu deyib.
Kənddə deyirlər ki, baş verənlərdən hamı qorxur.
“Mən materiallarla tanış oldum və təqsirləndirilən şəxsi gördüm, mövzu elədir ki, təfərrüatları haqqında danışa bilmirəm, məhkəmə dünən həbs qərarı çıxarıb”, - məhbusun vəkili Qia Paradaşvili deyib.
Məlumat üçün bildirək ki, Telavi Bələdiyyəsində baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 138 və 143-cü maddələri ilə istintaq aparılır. Gənc törətdiyi cinayəti etiraf etmir və irəli sürülən ittihamla razılaşmır.
Telavi Rayon Məhkəməsində iclas iyunun 1-nə təyin edilib. Təqsiri sübuta yetirilərsə, məhbusu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


