Tbilisi meriyası təbii qazla işləyən 160 ədəd 18 metrlik avtobus alacaq
“Tbilisinin nəqliyyat islahatları çərçivəsində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə, xüsusən də sərnişin axınının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, təbii qazla işləyən 160 ədəd 18 metrlik avtobusların (Avro 6 standartına uyğun emissiya) alınması planlaşdırılır”.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi hökumətinin iclasında danışıb.
Onun sözlərinə görə, bu məqsədlə “Satınalmalar üzrə Dövlət Agentliyi” bazar araşdırması elan edib və bu, aprelin 27-də başa çatacaq.
Kaladze bildirib ki, bazar araşdırmasının nəticələrinə əsasən, birləşdirilmiş tenderin elanı mayın əvvəlinə planlaşdırılır.
İlkin hesablamalara görə, ƏDV daxil olmaqla 160 ədəd 18 metrlik avtobusun alınması üçün ümumi büdcə təxminən 245 milyon lari təşkil edəcək. Bu məbləğ bazar araşdırmasının nəticələrinə uyğun olaraq tənzimlənəcək.
“18 metrlik avtobusların verilməsi 2024-cü ildə mərhələli şəkildə planlaşdırılır. İlk 50 ədəd 2024-cü ilin aprelində, qalanları isə 2024-cü ilin dördüncü rübündə veriləcək”, - Kaladze bildirib.


