25 
Apr
2023
14:25
268

IRI - Respondentlərin 87%-i hesab edir ki, Gürcüstan üçün ən böyük siyasi təhlükə Rusiyadır

“Beynəlxalq Respublika İnstitutu”nun (IRI) yeni araşdırmasına görə, respondentlərin 87%-i Gürcüstan üçün ən böyük siyasi təhlükənin Rusiya olduğunu düşünür.

InterPress.ge xəbər verir ki, “Beynəlxalq Respublika İnstitutu”nun məlumatına görə, araşdırma Amerika xalqının dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə mümkün olub.

Respondentlərin 87%-i Rusiya, 8- 8%-i ABŞ və Türkiyə, 4%-i İran, 3-3%-i Ermənistan, Azərbaycan və Avropa İttifaqı, 2- 2% - Ukrayna və Çin, 1-1% - İsrail, Macarıstan və Böyük Britaniyanın Gürcüstan üçün ən böyük siyasi təhlükə olduğunu bildirib. Qeyd olunan sorğu üzrə respondentlərin 1%-i  heç bir ölkəni Gürcüstan üçün təhlükə hesab etməyib.

Bundan əlavə, “Sizcə, hökumətimizin hazırkı xarici siyasət kursu necədir?” sualına respondentlərin 17%-i onun qərbyönlü, 25%-i rusiyayönlü olduğunu qeyd edib, 21% rusiyapərəstdən daha çox qərbpərəst hesab edir və 20% qərbpərəstdən daha çox rusiyapərəst hesab edir, 17% bilmir/cavab vermək istəmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər