25 
Apr
2023
13:12
414

DİN 4 nəfəri fahişəliyi təbliğ etməkdə ittiham edərək saxlayıb

Daxili İşlər Nazirliyi 4 nəfəri fahişəliyi təbliğ etməkdə ittiham edərək saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Mərkəzi Kriminal Polis Departamantinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Şöbəsinin əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində 4 nəfəri saxlayıblar.

1972-ci il təvəllüdlü E.K., 1994-cü il təvəllüdlü K.B., 1987-ci il təvəllüdlü N.D. və 2004-cü il təvəllüdlü D.S. fahişəliyi təbliğ etmək və fahişəliyə yer vermək ittihamı ilə saxlanılıblar.

İstintaq müəyyən edib ki, Tbilisidə yerləşən masaj salonlarından birinin sahibi olan təqsirləndirilən E.K. və eyni obyektin müdirləri - K.B., N.D. və D.S. müəyyən məbləğdə pul müqabilində masaj salonundakı otaqları müştərilərə xidmət etmək məqsədi ilə fahişəliklə məşğul olan qadınlara veriblər.

Adıçəkilən qadınlar cinsi xidmət göstərilməsi nəticəsində aldıqları puldan müttəhimlərə müəyyən məbləğ ödəyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin 2-ci hissəsi və 3-cü hissəsinin “A” yarımbəndi ilə aparılır.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər