Sarpda külli miqdarda narkotik vasitə götürülüb - Xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkə vətəndaşı 1970-ci il təvəllüdlü S.İ.-ni külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi faktı üzrə “Sarp” gömrük-keçid məntəqəsində saxlayıblar.
InterPress.ge xəbər verir ki, Gürcüstana yük avtomobili ilə daxil olan təqsirləndirilən şəxin şəxsi yoxlanması nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi xüsusilə külli miqdarda narkotik vasitə - 1796 ədəd "Suboxin" həbi götürüblər.
Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması və narkotik vasitələrin Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi və 262-ci maddənin 4-cü hissəsinin “a” bəndi ilə davam etdirilir.
Cinayət 8 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


