Qazaxıstanda dələduzluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Kibercinayətkarlıqla Mübarizə Departamentinin əməkdaşları Almatıda zəng mərkəzlərinin işi üzrə 24 Gürcüstan vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi təsdiqləyib.
Qazaxıstan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Departamentinin məlumatına görə, Gürcüstan vətəndaşları Almatıda zəng mərkəzləri açaraq vətəndaşlardan dələduzluq yolu ilə pul qoparıblar.
Eyni zamanda, Astanada hüquq-mühafizə orqanlarının əməkdaşları “İnstagram”da səhifə yaradaraq istifadəçilərə ucuz qiymətə mallar təklif edən internet dələduzluğunda şübhəli bilinən bir şəxsi saxlayıblar. İstintaqın məlumatına görə, o, 26 oxşar dələduzluq sxemində iştirak edib və ümumi zərər 4,2 milyon təngə olub.


