Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Avropa İttifaqı Ukraynaya 13 milyard avrodan çox silah tədarük edib

229
Avropa İttifaqı Ukraynaya 13 milyard avrodan çox silah tədarük edib
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

Avropa İttifaqı (Aİ) Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib və 16 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel bildirib.

“Bu gün biz silah tədarükünün həcmini müzakirə etdik, güman edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik. 1 000-dən çox raket və bəzi sursat artıq göndərilib ... Mən dəqiq rəqəmlər deyə bilmərəm. Yeni silahların alınması istiqamətində də işlər davam edir. Bundan əlavə, dostum və həmkarım (daxili bazar üzrə Avropa komissarı Tyerri Breton – red.) Breton tezliklə hərbi sənayenin inkişafı planını təqdim edəcək, lakin hələlik əlimizdə olanlarla kifayətlənməliyik, əlimizdə isə çox şeyimiz var”, - o qeyd edib.

Avropanın baş diplomatı əlavə edib ki, Aİ “artıq Ukraynadan 16 000-dən çox əsgər hazırlayıb və bu ilin sonuna qədər bu rəqəmi 30 000-ə çatdırmaq niyyətindədir”. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə Avropa İttifaqındakı həmkarlarını ölkədəki vəziyyətlə bağlı məlumatlandırıb.

Çin və Braziliyanın sülh təkliflərindən danışan Borel onların müəlliflərinə “Kiyevə getməyi və vəziyyətə Ukraynanın gözü ilə baxmağı” tövsiyə edib. “Ona görə də biz artıq Ukraynanı tanklar, hava hücumundan müdafiə və döyüş təyyarələri ilə təmin edirik, Aİ ölkələri də hava imkanlarını təmin edir, nə qədər lazımdırsa, bunu davam etdirəcəyik”, - o, əmin edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →