24 
Apr
2023
12:40
2192

İyun ayından etibarən 4 böyük şəhərdə nəqliyyat vasitələri yoxlanılacaq

İyun ayından etibarən nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin tərkibinə nəzarətə başlanılacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin nümayəndəsi Tariel İremadze açıqlama verib.

O qeyd edib ki, birinci mərhələdə qanun 4 şəhərdə - Tbilisi, Kutaisi, Batumi və Rustavidə tətbiq olunacaq; Sanksiyalar aşağıdakı kimi müəyyən edilib: qaydanı pozan ilk dəfə 100 lari, təkrar etdiyi halda isə 300 lari cərimə olunacaq.

“Ətraf Mühitin Mühafizəsi Departamenti 2023-cü ilin iyun ayından avtomobillərdə görünən tullantılara nəzarəti həyata keçirməyi planlaşdırır. İlk mərhələdə Gürcüstanın 4 böyük şəhərində (Tbilisi, Batumi, Rustavi, Kutaisi) yollarda istənilən növ avtonəqliyyat vasitələri saxlanılacaq və atmosferə atılan zərərli maddələr müəyyən ediləcək.

Xüsusi alətlərlə ölçüldükdən sonra konkret zərərli maddələrin normadan artıq olması müəyyən edildikdə, fiziki şəxs üçün sanksiya ilkin olaraq 100 lari, 30 gün ərzində təkrarlandıqda isə cərimə 3 dəfə artırılaraq 300 lari təşkil edəcək. Bundan əlavə, yolda hərəkət edən və görünən zərərli tullantıları olmayan avtomobil yoxlanışdan keçəcək. Ekipajımızın istənilən növ avtomobili dayandırmaq hüququ olacaq.

Konkret avtonəqliyyat vasitəsi üçün yerində zərərli maddələrin normadan artıq olması aşkar edildikdə və nəqliyyat vasitəsinin sahibi nəticələrlə razılaşmadıqda, o, nəqliyyat vasitəsinin ən yaxın texniki baxış məntəqəsinə aparılmasını tələb etmək hüququna malikdir. Təqdim etdiyimiz nəticələr təsdiqlənərsə, hazırlanmış protokol qüvvədə qalır. Təsdiq olunmasa və fərqli nəticə olarsa, cəza ləğv ediləcək. Bu halda avtonəqliyyat vasitəsinin sahibindən texniki baxış haqqının ödənilməsi tələb olunmur.

Pilot rejim başa çatdıqdan sonra bu sahə artacaq. Pilot rejimində 10 ekipajımız olmasını planlaşdırırıq. Bu, çox olmaya bilər, lakin pilot rejimdə qiymətləndirmə üçün kifayət edəcək məlumatları alacağıq”, Tariel İremadze “Mtavari” media mərkəzində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər