24 
Apr
2023
12:19
297

2023-cü ilin birinci rübündə daşınmaz əmlakın qiymətləri artıb

2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət indeksi (RPPI) 0,9 faiz, indeksin illik artımı isə 10,7 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin orta göstəricisi ilə müqayisədə indeks 25,1 faiz artıb. RPPI-nin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli binalar (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.

“2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə mənzillər seqmentində (2,4 faiz) qiymət artımı müşahidə olunub. Eyni dövrdə fərdi evlər seqmentində qiymətlər azalıb (-3,5 faiz). 2022-ci ilin birinci rübü ilə müqayisədə qiymət artımı hər iki seqment üzrə - mənzillər üzrə 9,3 faiz, fərdi yaşayış evləri üzrə isə 11,6 faiz təşkil edib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın