
Bu günə kimi neçə nəfər 200 və 300 lari alıb?
Məşğulluğun əlverişliliyi dövlət agentliyi - pandemiya qurbanlarına 80,883,700 lari təzminat ödəyib.
InterPress.ge xəbər verir ki, bu haqda agentlik məlumat yayır.
Məlumata əsasən, 16 iyul tarixinə görə Səhiyyə Nazirliyinin qeydiyyat portalı vasitəsi ilə ümumilikdə 215 826 özüməşğul qeydiyyatdan keçib. Onlardan 121 525 nəfəri 300 lari təzminat alıb. Bununla da cəmi 36,457,500 lari köçürülüb.
Pandemiyadan zərərçəkənlərə gəldikdə, 221 131 nəfərə 200 lari təzminat köçürülüb. Köçürülmüş ümumi məbləğ 44 426 200 laridirdir. May ayının təzminatı - 72 131 nəfər üçün 14 426 200 lari , iyun ayının təzminatı - 150 000 nəfərə 30 milyon lari köçürülüb . Məbləğlər mərhələli şəkildə köçürülür.
Qurumdan verilən məlumata görə, özüməşğulların təzminat almaları üçün qeydiyyat 1 avqust tarixinədək uzadıldı.
Vətəndaşlar səhiyyə nazirliyin veb səhifəsinə https://compensation.moh.gov.ge qeydiyyatdan keçə bilərlər.