22 
Apr
2023
13:04
1522

Gürcüstanda 200 mindən çox insan kreditini ödəyə bilmir və "qara siyahı"dadır

Gürcüstanda borcalanların 11,7%-nin borclarının vaxtı ötüb, bu da o deməkdir ki, onlar kreditlərini ödəyə bilmirlər.

InterPress.ge xəbər verir ki, bu, “Kreditinfo”nun 2023-cü ilin mart ayına olan statistikasında öz əksini tapıb.

226 359 borcalan 30 gündən 3 ilə qədərdir ki, borcunu ödəyə bilmir, müqavilələrin sayı isə 461 704-dür. Ümumilikdə, mart ayına olan məlumata görə, Gürcüstanda 1 929 780 nəfərin maliyyə sektoruna 40 302 428 024 lari borcu var.

Qeyd edək ki, borcalanların 83,6%-i bank sektorunun payına düşür, yəni mart ayına  olan məlumata görə, ümumilikdə 1 614 433 borcalan banklardan 36 789 518 921 lari kredit götürüb. Bankdan borcalanların 8,3%-nin borcunun vaxtı ötüb ki, bu da 133 547-dir.

Bundan əlavə, Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit təşkilatları) 748 138 kreditoru var və verilən kreditlərin məbləği 3 041 368 693 lari təşkil edir. 125 204 nəfərin bu maliyyə qurumlarına borclarının vaxtı keçib.

Daha 22 694 nəfər lizinq, tikinti və digər növ şirkətlərdən 471 540 410 lari kredit alıb. Burada 4337 nəfərin kreditinin vaxtı keçib.
 

Bizimlə əlaqə saxlayın