DTX "İslam Dövləti" qruplaşmalarından birinin liderini saxladı - VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “İslam Dövləti” terror təşkilatının qruplaşmalarından birinin lideri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə tədbirləri nəticəsində sözügedən şəxsin 2013-cü ildə Gürcüstanı tərk edərək Suriyaya getdiyi və terror təşkilatına qoşulduğu müəyyən edilib.
O, 2013-2015-ci illərdə hərbi əmirlər Sezar və Tsiskara Toxoşaşvili qardaşlarının qruplaşmasına daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.
Saxlanılan şəxsin “İslam Dövləti”nin yüksək rütbəli hərbi komandirləri ilə yaxın əlaqələri olub və adıçəkilən terror təşkilatının qruplaşmalarından birinin müavini vəzifəsində çalışıb.
İş Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə, yəni xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərilməsi ilə araşdırılır. Cinayət 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


