Strasburq “Gürcüstan Rusiyaya qarşı” şikayətini məqbul hesab edib
Strasburq məhkəməsi Avropa İnsan Haqları Məhkəməsinin dövlətlərarası iş üzrə qərarını dərc edib və Gürcüstanın Rusiyaya qarşı şikayətini məqbul hesab edib.
InterPress.ge xəbər verir ki, qərar qətidir və hökm sonrakı mərhələdə veriləcək.
Gürcüstan hökuməti 2018-ci il avqustun 22-də Strasburqa şikayət verib. Bu, Gürcüstanın Rusiyaya qarşı dördüncü dövlətlərarası ərizəsidir. Bəyanatdan aydın olur ki, iş Rusiya tərəfindən işğal edilmiş ərazilərdən, Rusiyanın işğal olunmuş ərazilər boyu Gürcüstan əhalisinə qarşı törətdiyi cinayətlərdən və insan haqlarının pozulmasından gedir.
Gürcüstan hökuməti şikayətdə iddia edir ki, Rusiya işğal xətti boyunca Gürcüstan əhalisini təqib edir, bölücü işğal xəttini keçməyə cəhd edən və ya bu xəttə yaxın yaşayan etnik gürcüləri qanunsuz həbs edir, onlara işgəncə verir, qətlə yetirir və hədələyir.
Şikayətdə Çxinvalidə oğurlanaraq işgəncələrə məruz qalan, daha sonra isə öldürülən Arçil Tatunaşvili, eləcə də Qiga Otxozoriya və Davit Başaruinin qanunsuz həbsi və qətlindən bəhs edilir.


