20 
Apr
2023
12:07
956

Gürcüstandan avtomobillərin təkrar ixracı rekord səviyyədədir

2023-cü ilin yanvar-mart aylarında Gürcüstandan yüngül avtomobillərin təkrar ixracı rekord həddə çatıb. 3 ayda ölkədən 411,7 milyon ABŞ dolları dəyərində 22 391 avtomobil satılıb. Ötən ilin eyni dövründə isə ölkədən 94,8 milyon ABŞ dolları məbləğində 10 973 ədəd avtomobil çıxıb.

InterPress.ge xəbər verir ki, bu göstərici pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə daha yüksəkdir, o zaman təkrar ixrac 107,8 milyon ABŞ dolları təşkil edib.

Ümumi rəqəmlə yanaşı, təkrar ixrac edilən bir avtomobilin qiyməti 112% artıb. O cümlədən, 2022-ci ilin 3 ayında reeksport edilmiş avtomobilin vahid qiyməti orta hesabla 8650 dollar idisə, bu il onun qiyməti 18400 dollara yüksəlib. Ona görə də məlum olur ki, idxal edən ölkələrdə tələbat əsasən bahalı avtomobillərədir.

Gürcüstanın ən çox avtomobil satdığı 10 ölkə:
Azərbaycan - 99,6 milyon ABŞ dolları dəyərində 7 348 ədəd
Ermənistan - 87,2 milyon ABŞ dolları dəyərində 4845 ədəd
Qazaxıstan - 87,1 milyon ABŞ dolları dəyərində 4 757 ədəd
Qırğızıstan - 87,1 milyon ABŞ dolları dəyərində 2 398 ədəd
Rusiya - 21,6 milyon ABŞ dolları dəyərində 1544 ədəd
Tacikistan - 8,1 milyon ABŞ dolları dəyərində 815 ədəd
Belçika - 5,7 milyon ABŞ dolları dəyərində 119 ədəd 
Birləşmiş Ərəb Əmirlikləri - 5,1 milyon ABŞ dolları dəyərində 61 ədəd
Ukrayna - 3,3 milyon ABŞ dolları dəyərində 189 ədəd
Çin - 1,4 milyon ABŞ dolları dəyərində 33 ədəd

Məlumat üçün bildirək ki, xarici ticarət portalında 2014-cü ildən bəri məlumatlar mövcuddur. 
 

Bizimlə əlaqə saxlayın