19 
Apr
2023
15:15
5774

Sürücülərin nəzərinə! İyul ayından etibarən yollarda buna nəzarət ediləcək

İyul ayından başlayaraq yollarda avtomobillərdən atmosferə atılan tullantılara xüsusi qurğularla nəzarət edilməsi planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir.

“Atmosferin çirklənməsinin azaldılması məqsədilə vətəndaş cəmiyyəti ilə birgə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, buna əsasən yollarda avtomobillərdən atmosferə atılan tullantılara xüsusi qurğularla nəzarət edilməsi nəzərdə tutulur.

Yaxın vaxtlarda biz hökumətə yeni avtomobillərin idxalı ilə bağlı təşəbbüs təqdim edəcəyik ki, bu da nəqliyyat sektorundan havanın çirklənməsinin tədricən azaldılması və gələn ildən etibarən xüsusilə köhnə avtomobillərin idxalının məhdudlaşdırılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər