Avropaya səhayət etmək üçün yeni qayda
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bildirir ki, 2024-cü ildən Gürcüstan da daxil olmaqla 59 ölkə vətəndaşlarının Avropaya səyahət təsdiqini alması icbari olacaq ki, bu da Avropa İttifaqının yeni tələbidir.
InterPress.ge xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Avropa İttifaqına səyahət etmək istəyənlərin nəzərinə məlumat yayıb.
“Avropa İttifaqına səyahət etmək istəyənlərin nəzərinə: 2024-cü ildən Gürcüstan da daxil olmaqla 59 ölkə vətəndaşlarının "İnformasiya və Avtorizasiya Sistemi"ndən (ETIAS) səyahət təsdiqini (icazəsini) alması məcburi olacaq. Səyahət təsdiqi 27 Şengen ölkəsi, Bolqarıstan, Rumıniya və Kiprə daxil olmaq üçün Aİ tərəfindən yeni tələbdir.
Qeyd: ETIAS viza deyil! Vizasız səyahət rejimi Gürcüstan vətəndaşlarının Aİ/Şengen ölkələrinə qısamüddətli səfərləri üçün qüvvədə qalır.
Fırıldaqçılardan ehtiyatlı olun! ETIAS-ın yeganə rəsmi internet saytı: www.europa.eu/etias.
ETIAS sistemi hələ fəaliyyət göstərmir. Başlandıqdan sonra ərizə forması rəsmi internet saytında yerləşdiriləcək.
Ətraflı məlumat üçün daxil olun: europa.eu/!FnfNwM" - məlumatda qeyd olunur.


